home search contacts
 
Joint Lizinq Xidmətlər Lizinq haqqında MüştərilərəƏlaqə
Калькулятор

Lizinq nədir?

Lizinq maliyyə icarəsi formasıdır. Lizinq, hər hansı bir avadanlığın (əmlakın) lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.

Özündə bank kreditini, icarəni, investisiya elementlərini cəmləşdirən lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.

Lizinqverən - lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinqalana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

Lizinqalan - lizinq obyektini lizinq müqaviləsi əsasında müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən hüquqi və ya fiziki şəxsdir.

Satıcı - alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinqverənə satan hüquqi və ya fiziki şəxsdir.

Müddətinə görə lizinq qısamüddətli (1 ilə qədər), ortamüddətli (1-3 il müddətinə) və uzunmüddətli (3 ildən yuxarı) olur.

Lizinqə verilən obyektlərin siyahısı çox genişdir
Lizinq predmetləri üzrə sərfəli proqramlar
Lizinq almaq üçün sənədlərin siyahısı ilə tanış olun
Ərizə formasını buradan yükləyin
 
Site by Gamidov Studio