home search contacts
 
Joint Lizinq Xidmətlər Lizinq haqqında MüştərilərəƏlaqə
Калькулятор

Joint Lizinq haqqında

“Joint Lizinq Kompani” Qapalı Səhmdar Cəmiyyəti 14 iyun 2007-ci il tarixində “Azerilizinq” şirkətinin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. “Joint Lizinq Kompani” QSC-nin təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı”( 47,6%) və Böyük Britaniyanın “DH Leasing LTD” (52,4%) şirkətidir.


“Joint Lizinq Kompani”
şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan “Azərilizinq şirkəti” Birgə Müəssisəsi 1999-cu ilin iyul ayında Azərbaycan Beynəlxalq Bankı və “Qarantileasing” (Türkiyə) şirkəti tərəfindən yaradılmışdır. 2002-ci ildə “Qarantileasing” müəssisədə təsisçiliyini dayandırmış və “Azərilizinq şirkəti” öz fəaliyyətini Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi statusunda davam etmişdir.


27 iyun 2007-ci il tarixində səhmləri Azərbaycan Beynəlxalq Bankına (94,6%) və “Biznes-Rabitə” MMM-yə (5,4%) məxsus olmaqla “Azərilizinq şirkəti” hüquqi statusunu dəyişərək Qapalı Səhmdar Cəmiyyəti adı ilə təkrar dövlət qeydiyyatından keçmişdir.


Yeni, xarici səhmdarın gəlməsi şirkətin inkişaf tarixində dönüş yaratmışdır. Böyük Britaniyanın “DH Leasing LTD” şirkətinin səhmlərin böyük hissəsinə sahib olması ilə əlaqədar “Azərilizinq şirkəti” adını dəyişərək “Joint Lizinq Kompani” QSC kimi 700 000 manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatından keçmişdir.

2008-ci il ərzində əldə etdyi yüksək göstəriciləri, lizinq sahəsində liderlik mövqeləri və Azərbaycanda lizinqin inkişafındakı müstəsna rolu nəzərə alınmaqla, Joint Leasing lizinq nominasiyasında "İlin Şirkəti" seçilmişdir. Mükafat ölkənin nüfüzlü "Consalting&Business" jurnalı tərəfindən təsis edilmişdir və ilin ən uğurlu şirkətlərinə təqdim olunur. 


Şirkətin fəaliyyəti



Azərbaycanın ilk lizinq şirkəti kimi “Joint Lizinq Kompani” hazırda ölkədə lizinq bazarının ən fəal peşəkar iştirakçısıdır. Zəngin təcrübəyə malik şirkət fəaliyyət göstərdiyi illər ərzində 350-dən çox layihəni kreditləşdirməklə, ölkədə kiçik və orta biznesin dəstəklənməsində və ümumilikdə bir çox sahələrin inkişafında ciddi yer tutmuşdur. Ölkə iqtisadiyyatına istehsal təyinatlı investisiya qoyuluşlarının artımı şəraitində, səhmdarı ABB-nin maliyyə imkanlarından istifadə edilməsi cəmiyyətin fəaliyyət perspektivlərini genişləndirir.



“Joint Lizinq Kompani” əsasən aşağıdakıları lizinqə verir:

  • kommersiya tipli daşınmaz əmlak
  • tikinti texnikası
  • tibbi avadanlıq
  • kənd təsərrüfatı və emal avadanlıqları
  • bütün növ avadanlıqlar və istehsalat xətləri
  • yük avtomobilləri
  • minik avtomobilləri
Lizinqə verilən obyektlərin siyahısı çox genişdir
Lizinq predmetləri üzrə sərfəli proqramlar
Lizinq almaq üçün sənədlərin siyahısı ilə tanış olun
Ərizə formasını buradan yükləyin
 
Site by Gamidov Studio