Lizinqin şərtləri
|

- Lizinqin müddəti – 12 aydan 60 ayadək
- Lizinq üzrə faiz dərəcələri – 18%-dən başlayaraq
- İlkin ödəniş – layihə dəyərinin 20-30%-i
- Lizinqin şərtləri hər bir layihəyə uyğun müəyyənləşdirilir
- Lizinq ölkə rezidentlərinə - fiziki və hüquqi şəxslərə verilir
- Lizinq obyekti yeni və ya işlənmiş, lakin saz vəziyyətdə olmalıdır
- Lizinq obyekti layihə müddəti üçün mütləq sığortalanmalıdır
|
|

“Joint Lizinq Kompani” əsasən aşağıdakı texnikanı lizinqə verir:
- tikinti texnikası
- tibbi avadanlıq
- kənd təsərrüfatı və emal avadanlıqları
- bütün növ sənaye avadanlıqları
- müxtəlif təyinatlı yük avtomobilləri
- daşınmaz əmlak
- minik avtomobilləri
|
|

Lizinq almaq üçün “Joint Leasing” şirkətinə müraciət edirsiniz. Sonra:
- Şərtlərlə, ödəniş qrafiki ilə tanış olduqdan sonra Müraciət Formasını (Ərizə) doldurursunuz
- Lazım olan sənədləri hazırlayıb şirkətə təqdim edirsiniz
- Maksimum 10 iş günü ərzində müraciətinizə baxılır
- Müsbət qərar qəbul edildikdə, “Joint Lizinq Kompani” ilə müqavilə imzalayırsınız
- Avans məbləğini ödəyirsiniz
- “Joint Leasing” seçdiyiniz texnikanı alır, gətirir, avadanlıq sığortalanır
- Təhvil-təslim Aktı əsasında texnika sizin istifadənizə təhvil verilir
- Ödəniş qrafikinə uyğun ödəmələri edirsiniz, Lizinq Müqaviləsinin müddəti başa çatdıqdan sonra təhvil-təslim Aktı əsasında avadanlıq Sizin mülkiyyətinizə verilir
|
|