Joint Leasing şirkətinin təmsilçisi Praqada keçirilən “Şərqi və Mərkəzi Avropada Lizinq” beynəlxalq forumda iştirak edib. Çexiya paytaxtında 2011-ci il 1-3 fevral tarixlərində keçirilən tədbir IC Energy şirkəti tərəfindən təşkil olunub.
Forumun əsas mövzuları makroiqtisadi perspektivlər və inzibati sistemlər, lizinq şirkətlərində risklərin effektli idarə olunması, operativ lizinq, lizinq şirkətləri üçün avtomatlaşdırılmış həllər kimi məsələlər olub.
Şərqi və Mərkəzi Avropanın lizinq şirkət və təşkilat nümayəndələrinin də iştirak etdiyi tədbirdə qabaqcıl lizinq təcrübəsi üzrə fikir mübadiləsi aparılmış, iştirakçılar Avropanın bu sahədə nailiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.



Lizinqə verilən obyektlərin siyahısı çox genişdir
Lizinq predmetləri üzrə sərfəli proqramlar
Lizinq almaq üçün sənədlərin siyahısı ilə tanış olun
Ərizə formasını buradan yükləyin